Gəncliyə Yardım Fondu Azərbaycan xalqı adından Somaliyə yardım etmişdir

Gəncliyə Yardım Fondu növbəti xeyriyyə aksiyasını Somalidə həyata keçirmişdir.
Fondun mətbuat xidmətindən bildirmişlər ki, uzun illər davam edən vətəndaş müharibəsinin ardınca Somalini cənginə alan quraqlıq nəticəsində ölkədə yaşanan aclıq və səfalətin, sürətlə yayılan vəba epidemiyasının qurbanına çevrilən milyonlarla insanın fəryadı bir çox dövlətlərlə yanaşı, Azərbaycanda da eşidilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müfaviq sərəncama əsasən bu ölkəyə 100 min ABŞ dolları məbləğində yardım göndərilmişdir. Amma Azərbaycan dövlətinin və xalqının somalililərə yardımı bununla bitməmişdir. Belə ki, müqəddəs Qurban bayramı ərəfəsində Gəncliyə Yardım Fondunun nümayəndələri iki min somalili ailə ilə görüşərək onlara Azərbaycan xalqı adından ərzaq yardımı təqdim etmişlər.
Gəncliyə Yardım Fondunun rəhbərliyi Azərbaycanın artıq donor ölkə olaraq özünü sübut etməsini nəzərə alaraq bu cür xeyriyyə tədbirlərinin Azərbaycanın hüdudları xaricində keçirilməsini dövlətimizin bir uğuru olaraq qiymətləndirir. Azərbaycan Somali və ya digər ölkələrə göstərdiyi humanitar yardımlarla əslində humanizm prinsiplərinə söykənərək özünün sülhsevər dövlət olduğunu bir daha sübut etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında