Azərbaycanda gələn il qəbul imtahanlarında bəzi yeniliklər tətbiq olunacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda 2012-2013-cü tədris ili üçün keçiriləcək qəbul imtahanlarında tətbiq olunacaq bəzi yenilikləri açıqlamışdır
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanları zamanı abituriyentlərə hər ixtisas qrupunda iki imtahan fənni üzrə 25 tapşırıqdan 5-i açıq tipli test tapşırığı şəklində təqdim olunacaq. Belə ki, I ixtisas qrupu üzrə riyaziyyat və fizika, II ixtisas qrupu üzrə riyaziyyat və coğrafiya, III ixtisas qrupu üzrə riyaziyyat və tarix, IV ixtisas qrupu üzrə riyaziyyat və kimya fənlərindən 5 sual açıq tipli olacaq. 2012-2013-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin III ixtisas qrupunda ixtisaslar DT və XH altqruplarına bölünməyəcək, ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq. Bu qrupa daxil olan fənlərin çəki əmsalları aşağıdakı kimi təyin olunacaq: ana dili - 2; tarix - 2; riyaziyyat - 1; ədəbiyyat - 1; xarici dil - 1.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında