Azərbaycanın enerji infrastrukturu payız-qış mövsümünə hazırdır

Azərbaycanın qazpaylayıcı sistemi 2011-2012-ci illərin payız-qış mövsümünə hazırdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
İB tərəfindən payız-qış mövsümünə hazırlıq çərçivəsində qazpaylayıcı şəbəkələrdə, qazpaylayıcı stansiyalarda və digər qaz obyektlərində yoxlama və təmir işləri görülüb.
İstehlakçılar arasında qazın paylanması zamanı təhlükəsizliyin təmin olunması məsələsi təkcə payız-qış mövsümü çərçivəsində deyil, həm də "Azəriqaz" İstehsalat Birliyinin gündəlik işi baxımından vacibdir. İB bu ayı qaz təsərrüfatında təhlükəsizlik ayı elan etmişdir.
Bazar ertəsi "Bakıelektrikişəbəkə"dən Trend-ə bildirilib ki, paytaxtın paylayıcı sistemi payız-qış mövsümünə hazırdır. Noyabrın 15-də isitmə mövsümünün başlanması paytaxtda elektrik enerjisinə tələbatı bir qədər azalda bilər. Lakin buna baxmayaraq, elektrik enerjisindən mənzillərin qızdırılması məqsədi ilə istifadə olunan binaların sayı çoxdur. "İsitmə mövsümünün başlamasına baxmayaraq, qış mövsümündə elektrik enerjisinə tələbat yenə də yüksək olur və biz bu tələbatı ödəməyə tam hazırıq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında