AŞPA komitələrinin iclaslarında İnsan Haqları Konvensiyasının həyata keçirilməsinin cari vəziyyəti müzakirə olunacaqdır

Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Elxan Süleymanov AŞPA-nın monitorinq, hüquqi işlər və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 15-də Parisə getmişlər.  
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, iclaslarda İnsan Haqları Konvensiyasının həyata keçirilməsinin cari vəziyyəti, məişət zorakılığı qurbanlarının müdafiəsi, siyasi məhbus məsələsinə yenidən baxılması, Türkiyə və Makedoniyada post-monitorinq dialoqu, Rusiyada parlament seçkilərinə hazırlıq, Ukrayna və Gürcüstan tərəfindən öhdəliklərin yerinə yetirilməsi, həmçinin digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Deputatlar tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətlərini bildirəcəklər.
Səfər noyabrın 18-də başa çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında