Böyük Britaniyanın Ermənistandakı səfiri: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əsaslar var

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əsaslar var, bunun üçün yalnız münaqişə tərəflərinin siyasi iradəsi lazımdır. Trend-in məlumatına görə, Böyük Britaniyanın Ermənistanda missiyasını başa çatdıran səfiri Çarlz Lonsdeyl mətbuat konfransında ATƏT-in Minsk qrupunun fəaliyyətini qiymətləndirərkən etiraf etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə tərəqqi gözlənildiyindən az olmuşdur: "Təbii ki, biz sülh haqqında artıq imzalanmış müqaviləni görmək istəyərdik, lakin ilk növbədə, bu məsələ münaqişə edən ölkələrin rəhbərliklərindən asılı olacaq".
Sülh müqaviləsinin olmamasına rəğmən, Lonsdeyl tərəflər arasında keçirilən müzakirələrin miqyasını diqqətə çatdırmışdır. "Sülh müqaviləsi üçün artıq bu gün müəyyən əsaslar var. Bu, tərəfləri yekunda sülh sazişinin əldə edilməsinə stimullaşdırmalıdır. Lakin bunun üçün siyası iradə lazımdır".
Səfir xatırladıb ki, Böyük Britaniya regionda sülhün bərqərar olmasını və münaqişələrə yol verilməməsini prioritet hesab edir. Baxmayaraq ki, Böyük Britaniya münaqişənin nizamlanması prosesinə cəlb edilməyib, Birləşmiş Krallıq öz fəaliyyətində üstünlüyü münaqişə tərəflərinin icmaları arasında dialoqun qurulmasına verir: "Bizi daha çox icmalar arasında əlaqələrin qurulmasına istiqamətlənmiş proqramlar və layihələr maraqlandırır, onlar vasitəsilə mövcud stereotipləri dəf etmək və sındırmaq mümkün ola bilər. Gənclərin ünsiyyətdə olması və əlaqələr qurması xüsusilə vacibdir".
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında