Sabirabadda Konstitusiya günü ilə əlaqədar tədbir

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 16 illiyi ilə əlaqədar Sabirabad rayonunda tədbir keçirilmişdir. Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə tər güllər qoymuşlar. Dövlət himninin səsləndirilməsindən sonra ümumrayon tədbiri başlanmışdır. 
Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq dövlət və cəmiyyət həyatında Konstitusiyanın rolundan, ümummilli lider Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış müstəqil dövlətimizin ilk əsas qanununun cəmiyyət və dövlətin gələcək inkişafının təməli olduğundan ətraflı danışmışdır. Onun sözlərinə görə, son 16 ildə Azərbaycan Konstitusiyası dövlətimizin, eləcə də ildən-ilə dərinləşən islahatlar, dinamik sosial-qtisadi inkişaf yolu ilə irəliləyən ölkəmizin taleyində mühüm rol oynamışdır. N.İsmayılov ümummilli lider Heydər Əliyevin həyata keçiridiyi siyasətin əsasında hər zaman insan amili dayandığını, Azərbaycanda bu gün də bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini xüsusi vurğulamışdır.
Rayon icra hakimiyyətinin şöbə müdiri İlham Əsgərovun məruzəsində, rayon prokuroru Seyfulla Aslanovun, M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbinin tarix müəllimi Hafiz Qasımovun və YAP rayon təşkilatının sədri Nadir Quliyevin çıxışlarında Konstitusiyamız müstəqilliyimizə, hüquq və azadlıqlarımıza təminat verən ali sənəd kimi dəyərləndirilmişdir. Natiqlər bildirmişlər ki, dövlət başçısının fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının ehtiva etdiyi mütərəqqi dəyərlərə sadiqlik, onların qorunub saxlanılması və inkişaf etdirilməsi üzərində qurulub. Ölkəmizdə yaradılmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit bütün xalqımız kimi, hər bir sabirabadlıda da Azərbaycanın parlaq gələcəyinə inamı qat-qat artırıb.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında