MDB-nin iştirakçısı olan dövlətlərin IV Bakı Beynəlxalq Bank Konfransı keçiriləcəkdir

MDB-nin Maliyyə-Bank Şurasından bildirmişlər ki, noyabrın 30-dan dekabrın 3-dək Azərbaycanda MDB-nin iştirakçısı olan dövlətlərin "MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları" mövzusunda IV Bakı Beynəlxalq Bank Konfransı keçiriləcəkdir.
Konfrans MDB İcraiyyə Komitəsinin illik dəstəyi ilə MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən keçiriləcəkdir.
Qarşıdakı forumun əsas vəzifəsi indiki qlobal qeyri-sabitlik şəraitində MDB-nin maliyyə-bank sistemlərinin inkişafı məsələlərinin müzakirə edilməsidir. Konfransın formatı bu aktual məsələlərin müzakirəsi və onlara dair birgə qərar qəbul edilməsi üçün münasibdir, belə ki, Bakı forumu həmişə iştirakçılar arasında canlı rəy və təcrübə mübadiləsinə çevrilir.
Konfransın plenar diskussiyalarının əsas mövzuları bunlardır: "Dünyanın artan maliyyə-borc böhranı: səbəblər, nəticələr, MDB ölkələrində maliyyə-bank sistemlərinin sabit inkişafı yolları", "2020-ci ilədək Birlik dövlətlərinin bank inkişaf strategiyasının hazırlanması zərurəti və ortamüddətli perspektivdə - 2020-ci ilədək MDB-nin bank sisteminin inkişaf proqnozu", "Xəzəryanı regionda investisiya potensialından istifadə problemləri və səmərəli nəqliyyat infrastrukturunun inkişafı - Xəzəryanı dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafı" və s.
Konfransda Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri, Birliyin icraçı katibi S.Lebedevin, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri E.Rüstəmovun, Xarici Ticarət Bankının prezidenti - idarə heyətinin sədri, MDB-nin Maliyyə-Bank Şurasının prezidenti A.Kostinin, Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri, MDB Maliyyə-Bank Şurası prezidentinin birinci müavini C.Hacıyevin, Avrasiya İnkişaf Bankı idarə heyətinin sədri İ.Finogenovun, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti A.Şoxinin və başqalarının çıxışları gözlənilir.
Bu il konfrans çərçivəsində "İnvestisiya mələyi" Beynəlxalq İnvestisiya Mükafatının səyyar sessiyası keçiriləcəkdir. Mükafatın təsisçisi Beynəlxalq Kreditorlar Təşkilatıdır (World Organization of Creditors). Təntənəli təltifetmə mərasimində "MDB-nin ən dinamik inkişaf edən subyekti" və "MDB-nin ən dinamik inkişaf edən bankı" nominasiyalarında laureatlara qiymətli mükafatlar təqdim ediləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında