İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutu ilə SAM arasında Anlaşma Memorandumu imzalanmışdır

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva noyabrın 7-dən 12-dək İtaliyada səfərdə olmuşdur. 
Azərbaycanın İtaliyadakı səfirliyinin təşkil etdiyi səfər çərçivəsində G.Paşayeva Milan şəhərində olmuş, İtaliyanın aparıcı tədqiqat mərkəzlərindən biri sayılan Beynəlxalq Siyasi Elmlər İnstitutu ilə SAM arasında Anlaşma Memorandumunu imzalamışdır. Bu sənəd iki tədqiqat qurumu arasındakı əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə şərait yaradacaqdır.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, G.Paşayeva İtaliyanın Trentio-Alto-Adice regionunda da olmuş, Trentino əyalət parlamentinin sədri Bruno Doriqattio və Alto-Adice yerli hökumətinin başçısı Lui Durnvalder ilə görüşmüşdür.
G.Paşayeva, həmçinin Trento və Bolzano şəhərlərində yerləşən təhsil və elmi tədqiqat qurumlarının nümayəndələri ilə görüşərək, SAM-la bu qurumlar arasında əməkdaşlıq imkanlarını müzakirə etmişdir.
Romada isə G.Paşayeva İtaliya parlamentinin regional məsələlər üzrə komissiyasının, Regionlarla Əlaqələr Nazirliyinin və Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndələri ilə görüşmüşdür.
Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında