Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltməyin yolları müzakirə olunur

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda II Respublika elmi-metodiki konfrans keçirilir. 
Tədbir BDU-nun nəzdindəki "Gənc istedadlar" Liseyi tərəfindən təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, tanınmış alimlərin, təhsil işçilərinin iştirak etdikləri konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Müasir qloballaşma şəraitində elmin, təhsilin mühüm rolunu qeyd edən rektor bu sahələrin inkişafı, xüsusilə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini bildirmişdir.
BDU-nun nəzdindəki "Gənc istedadlar" Liseyində tədris üzrə reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışan akademik A.Məhərrəmov hər il lisey şagirdlərinin fənn olimpiadalarında, məzunlarının ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlər əldə etdiklərini diqqətə çatdırmış, həmçinin konfransın əhəmiyyətini vurğulamışdır.
BDU-nun nəzdindəki "Gənc istedadlar" Liseyinin fəaliyyəti barədə videofilm nümayiş etdirilmişdir.
Təhsil Problemləri İnstitutu direktorunun müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov "Ümumtəhsil məktəblərində təlimin keyfiyyətini yüksəltməyin mühüm şərtləri", Liseyin müəllimi Gülşən Əliyeva "BDU-nun nəzdindəki "Gənc istedadlar" Liseyində Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi təcrübəsindən" mövzularında məruzələr etmişlər.
Məruzəçilər və çıxış edənlər ölkəmizdə həyata keçirilən təhsil islahatlarının, ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini artırmaq istiqamətində reallaşdırılan tədbirlərin uğurlu nəticələrindən bəhs etmişlər.
Sonra mövzu ilə bağlı müzakirələr aparılmış, humanitar, təbiət, riyaziyyat və informatika elmləri üzrə bölmə iclasları olmuşdur.
Konfrans noyabrın 15-də başa çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında