Amerikalı politoloq U.TAUBMAN: Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisidir

Moskvada Karnegi Fondu və ABŞ-ın Milli Təhlükəsizlik Arxivinin birgə təşkilatçılığı ilə "Sovet İttifaqının süqutundan sonra milli münasibətlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 
Konfransda ABŞ və Rusiyadan olan ekspertlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və müasir tendensiyaları ilə bağlı mövqelərini bildirmişlər.
Amerikalı politoloq və tarixçi alim Uilyam Taubman demişdir ki, SSRİ-nin süqutuna səbəb olan amillərdən biri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Mixail Qorbaçovun acizlik göstərməsi olmuşdur. O, münaqişəni güc tətbiq olunmadan sülh yolu ilə həll etmək istədi. M.Qorbaçov düşünürdü ki, ziyalıları bir araya gətirməklə iki sovet xalqının daxili resursları hesabına münaqişəni həll etmək mümkün olacaqdır. Ancaq o, sonra özü də etiraf etdi ki, münaqişəni həll edə bilmir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan U.Taubman Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu vurğulamışdır. Politoloq qeyd etmişdir ki, beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən Dağlıq Qarabağ ermənilərinin Ermənistana birləşmək istəyi separatizm hesab olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında