Kristian VİGENİN: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamaq istəyir

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamaq istəyir.
Bu sözləri Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin deputatı Kristian Vigenin Bolqarıstanın "Focus" agentliyinə müsahibəsində demişdir.
Avropalı deputat bildirmişdir ki, Avropa Komissiyası sədrinin müavini, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun noyabrın 15-dən 17-dək Cənubi Qafqaza səfəri qurumun bu regionda, xüsusilə dondurulmuş münaqişələrin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin nizamlanmasında daha fəal rol oynamaq istəyini təsdiqləyir. Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, bölgə üçün təhlükə mənbəyidir. Mənə elə gəlir ki, Aİ-nin daha fəal səyləri vəziyyəti dəyişə bilər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında