Bistra TEODOSİYEVA: Azərbaycanın gömrük xidməti son illər ərzində sürətli inkişaf yolu keçmişdir

Noyabrın 14-də Dünya Gömrük Təşkilatının (DGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Avropa Potensialın Gücləndirilməsi üzrə Regional Ofislərinin və Regional Tədris Mərkəzlərinin 4-cü iclası, Dünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzində isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçün strateji planlaşdırma seminarı öz işinə başlamışdır. 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Potensialın Gücləndirilməsi üzrə Regional Ofisdə keçirilən tədbirdə Azərbaycan, Macarıstan, Rusiya, Ukrayna və Qazaxıstan nümayəndələri, eləcə də DGT-nin mütəxəssisləri iştirak etmişlər.
İclasın açılış mərasimində çıxış edən DGT-nin Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin rəhbəri Vitali Mikeladze və DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov bildirmişlər ki, ofisdə ilk dəfə keçirilən bu tədbirin məqsədi regionda potensialın gücləndirilməsi sahəsində qarşıda duran vəzifələri nəzərdən keçirmək, ofisin maddi-texniki və təşkilati məsələlərini müzakirə etməkdir. İclasda bu barədə geniş məlumat veriləcək, tərəflərin fikir və təklifləri öyrəniləcəkdir.
Sonra V.Mikeladze "Regionda DGT Potensialın Gücləndirilməsi fəaliyyətləri; regional prioritetlər və çağırışlar, Avropa regionunda potensialın gücləndirilməsi sahəsində Bakı ofisinin rolu" mövzusunda məruzə etmişdir.
O demişdir ki, ofisin yaradılması işinə 2009-cu ildən başlanılmış və region ölkələrinin qərarı ilə ofis Bakı şəhərində fəaliyyətə başlamışdır. Avropa və Asiya arasında yerləşən Azərbaycanın paytaxtı coğrafi mövqeyinə görə daha əlverişli şəhər hesab edilmiş, ofisin burada fəaliyyət göstərməsi təkcə Avropanın deyil, Asiya regionu ölkələrinin gömrük xidmətlərinin də əlaqələndirilməsi baxımdan məqsədəmüvafiq sayılmışdır. Ofisin fəaliyyətinin səmərəli təşkili üçün məlumat bazası, ofisin internet səhifəsi yaradılacaqdır.
Daha sonra iclasda iştirak edən regional tədris mərkəzlərinin nümayəndələri potensialın gücləndirilməsi üzrə əldə etdikləri nailiyyətlərə dair hesabatlarla çıxış etmişlər.
İclas noyabrın 16-dək davam edəcəkdir.
* * *
Regional Tədris Mərkəzində keçirilən seminarın açılış mərasimində çıxış edən Şahin Bağırov bildirmişdir ki, hazırda DGT-nin üzvü olan bütün ölkələrdə Potensialın Gücləndirilməsi üzrə layihələr həyata keçirilir. Azərbaycanda da bu sahədə müvafiq işlər görülür. Seminarın məqsədi də bu işə töhfə vermək, Azərbaycan Gömrük Xidmətinin modernləşdirilməsi istiqamətində qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. Ş.Bağırov qeyd etmişdir ki, indiyədək ölkəmizdə gömrük xidmətinin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər görülmüşdür. Hazırda gömrük sisteminin 2007-2011-ci illər ərzində inkişafına dair Dövlət Proqramının icrası başa çatmaq üzrədir. Bu gün isə ilk dəfədir ki, DGT-nin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçün Strateji Plan layihəsinin hazırlanması qərara alınmışdır. Bu işdə DGK-nın gömrük xidmətinin modernləşdirilməsi ilə əlaqədar strukturlarının mütəxəssislərinin də yaxından iştirakının vacibliyini vurğulayan Ş.Bağırov seminar iştirakçılarını fəal olmağa, rəy və təkliflərini bildirməyə çağırmışdır.
DGT-nin nümayəndəsi xanım Bistra Teodosiyeva qeyd etmişdir ki, onun məqsədi Strateji Plan layihəsinin hazırlanmasında yerli həmkarları ilə sıx və işgüzar şəraitdə birgə müzakirələr aparmaqdır. O, Azərbaycan Gömrük Xidmətinin son illər ərzində sürətli inkişaf yolu keçdiyini vurğulamış, DGK-nın beynəlxalq standartlara cavab verən qurum kimi daha yaxşı formalaşdırılması işində Strateji Planın mühüm rol oynayacağını bildirmişdir.
Sonra seminarda mövzu ilə əlaqədar DGT-nin və DGK-nın mütəxəssislərinin məruzələri dinlənilmişdir.
Seminar işini noyabrın 18-də başa çatdıracaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında