Azərbaycan ilə Latviya arasında fövqəladə hallar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirmişlər ki, K. Heydərov nazirlik və onun tabeliyində olan qurumların fəaliyyəti haqqında ümumi məlumat vermişdir. FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, eləcə də xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrini inkişaf etdirdiyini qonaqların diqqətinə çatdırmışdır.
D. Pavluts Azərbaycan ilə Latviya arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş və bu əməkdaşlığın dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında