Nobel mükafatı laureatı Liberiyanın Prezidenti seçildi

2011-ci ildə Nobel sülh mükafatına layiq görülən Elen Conson-Serlif Liberiyadakı prezident seçkilərinin ikinci turunda seçicilərin 90 faizindən çoxunun səsini toplayıb.
Ölkənin hazırkı Prezidenti olan Conson-Serlifin ikinci turda rəqibi müxalifətçi Uinston Tabmen olub. Tabmen səsverməyə bir neçə gün qalmış tərəfdarlarını seçkiləri boykot etməyə çağırıb və bəyan edib ki, nəticələri tanımayacaq. Bu səbəbdən ikinci turda iştirak edənlərin sayı o qədər az olub ki, bir sıra məntəqələr səsvermənin başa çatmasına bir neçə saat qalmış bağlanıb. "BBC News"un məlumatına görə, səsvermədə Liberiyanın səsvermə hüququna malik sakinlərinin yalnız 37 faizi iştirak edib.
Büllletenlərin hesablanmasının ilkin yekunlarından sonra Liberiya MSK-nın açıqladığı rəqəmlərə görə, Conson-Serlif səslərin 90,2 faizini (513320), Uinston Tabmen isə 9,2 faizini (52071) toplayıb. Qeyd edək ki, birinci turda hazırkı prezidentin xeyrinə seçicilərin 43,9 faizi, müxalifətçi namizədə isə 32,7 faizi səs vermişdi. Birinci turdan sonra Uinston Tabmen, eləcə də prezident postuna bir neçə namizəd elan ediblər ki, seçkilərin gedişində indiki prezidentin xeyrinə olaraq çoxsaylı pozuntulara və saxtakarlıqlara yol verilib.
Lakin birinci və ikinci turları izləyən beynəlxalq müşahidəçilər bildiriblər ki, heç bir pozuntu aşkar etməyiblər. ABŞ Dövlət Departamenti isə Tabmenin ikinci turu boykot etməsi qərarını "məyusedici" adlandırıb. Müşahidəçilərini seçkilərə göndərən regional təşkilatlar, o cümlədən Afrika İttifaqı həmçinin səsvermənin ikinci turunda iştirak etmədiyinə görə Tabmeni pisləyiblər. Xatırladaq ki, 73 yaşlı Elen Conson-Serlif Afrika ölkəsinin ilk və hələlik yeganə qadın prezidentidir. O, ilk dəfə 2005-ci ilin noyabrında Liberiya Prezidenti seçilib. Onun 2006-cı ilin yanvarında baş tutan andiçmə mərasimində ABŞ Dövlət Departamentinin o zamankı dövlət katibi Kondoliza Rays və ABŞ Prezidenti Corc Buşun xanımı Lora Buş da iştirak etmişdilər.
2011-ci il oktyabrın 7-də Elen Conson-Serlif həmvətəni Leymo Qbove və Yəmən təmsilçisi Təvəkkül Kərmanla birgə "qadınların təhlükəsizliyi və dünyanın qurulmasında iştirak hüququ uğrunda qeyri-zorakı mübarizə" nominasiyasında Nobel sülh mükafatına layiq görülüblər.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında