Balakəndə Konstitusiya Günü qeyd edilmişdir

Balakən rayonunda milli Konstitusiyamızın qəbul edilməsinin növbəti ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açdı. O dedi ki, Konstitusiyanın qəbulundan 16 il keçir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycanın demokratik, suveren və hüquqi dövlət kimi formalaşmasını bir daha təsdiqlədi.
Qeyd olundu ki, ilk milli Konstitusiyamız müstəqilliyimizin, hüquq və azadlıqlarımızın təminatçısıdır. Konstitusiyada qeyd edilir ki, irqindən, milliyətindən, sosial mənşəyindən asılı olmayaraq, hər bir vətəndaş qanun qarşısında bərabərdir.
Sonra Balakan rayon məhkəməsinin hakimi Rafiq Kazımov geniş məruzə ilə çıxış etdi. O dedi ki, dünyanın aparıcı politoloqları, həmçinin ekspertlərinin fikrincə, müstəqil Azərbaycan dövlətinin son 15-16 ildə əldə etdiyi qlobal nailiyyətlərin, sosial iqtisadi və ictimai-siyasi uğurların təməlində məhz ölkəmizin Əsas Qanunu dayanır. Bu gün inamla deyə bilərik ki, müstəqil dövlətimizin milli Konstitusiyası hələ on illər boyu dövlətçiliyimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi, insan və vətəndaş, hüquq və azadlıqlarının qorunmasında öz müstəsna rolunu oynamaqda davam edəcəkdir.
Rayon Sosial Müdafiə Mərkəzinin direktoru Vaqif Kərimov və balakənli şair Ramazan Xutra Konstitusiyamızın dünya miqyasında demokratik sənəd kimi dəyərləndirilməsindən söhbət açdılar.
Azərbaycan Respublikasının sərəncamı ilə dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar Balakən rayonunun sosial-iqtisadi inkişafındaki fəaliyyətinə görə Fuad Səlimov "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Bu mükafatı yığıncaqda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev təqdim etmişdir.
Tədbirin sonunda rayonun Katex kəndində 180 yerlik məktəbin təməlqoyma mərasimi keçirilmişdir.

{nl}

İ.MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında