Kürün daşması nəticəsində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq bölgədə təhlükəsizlik tədbirləri davam etdirilir

Kürün daşması nəticəsində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq Sabirabad və ziyan çəkmiş digər rayonlarda kompleks təhlükəsizlik işləri davam etdirilir. Hazırda təhlükə yarana biləcək ərazilərdə aidiyyəti qurumların qüvvələri fasiləsiz iş rejimində çalışır.
Mayın 20-də səhər saatlarında Kür çayının Hacıqabul rayonunun Talış kəndi istiqamətindəki birinci qoruyucu bəndin 150 metrlik hissəsini yarması ilə bağlı yaranan təhlükə artıq aradan qaldırılmışdır. Burada çalışan çoxsaylı texnika və canlı qüvvə bəndbərkitmə işlərini davam etdirir. Ərazidə Fövqəladə Hallar Nazirliyinin, Daxili Qoşunların şəxsi heyəti, 100-dən çox ağır texnika işləyir. Kəndin sakinləri də onlara yaxından kömək edirlər.
Qeyd edək ki, Kür Su Kəmərləri İstismarı İstehsalat İdarəsinin bütün boru kəmərləri Talış kəndi ərazisindən keçir. Həmin kəmərlər Bakı şəhərini və ətraf rayonları 40 faiz içməli su ilə təmin edir. İdarədən verilən məlumata görə, hazırda su kəməri üçün təhlükə yoxdur. İdarə əvvəlki iş rejimində işləyir. Hacıqabulun Ağacanlı kəndində də uçan bəndin bərpası başa çatmışdır. Bu ərazidə təhlükə tam aradan qaldırılmışdır. Rayon sakinləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Görülən operativ zəruri tədbirlər nəticəsində təbii fəlakətin daha böyük fəsadlarının qarşısı alınmış, əhali vaxtında köçürülmüşdür.
Daşqınlar nəticəsində ciddi təhlükə mənbəyinə çevrilən Sarısu gölündə suyun məcrasına nəzarət gücləndirilmişdir.
Respublika Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kürün Salyan rayonundan keçən hissəsində enmə müşahidə olunur. Burada suyun səviyyəsi 18 santimetr aşağı düşmüşdür.
Hazırda Sarısu gölü ətrafında mövcud bəndlərin bərkidilməsi və yeni zəruri bəndlərin yaradılması istiqamətində iş aparılır. Gölün bir tərəfində Fövqəladə Hallar Nazirliyinin, digər tərəfində isə Müdafiə Nazirliyinin canlı qüvvələri və çoxsaylı texnika bəndbərkitmə işlərini həyata keçirir. Burada 24 saat fasiləsiz iş aparılır. Hazırda gərginlik Muradbəyli, Qasımbəyli, Əsgərbəyli və Yuxarı Axtaçı kəndləri istiqamətindədir. Muradbəyli və Naharlı kəndlərinin əhalisi köçürülmüşdür. Kür çayı bu kəndlərin ərazisindən keçdiyinə görə canlı qüvvənin böyük hissəsi həmin əraziyə cəlb olunmuşdur. Naharlı kəndində bəndin açılmış hissələri bərpa olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında