ECOSOC-un QHT-lər üzrə bölməsinin rəhbəri Azərbaycanda QHT-lərin inkişafına dövlət dəstəyindən məmnun qalmışdır

BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Azərbaycanda səfərdədir.
Bu barədə AzərTAc-a BAMF-ın sədri Umud Rəhimoğlu məlumat vermişdir.
Sədr bildirmişdir ki, səfərin əsas məqsədi Azərbaycanda QHT sektorunun real vəziyyəti ilə tanış olmaq, onların BMT agentlikləri strukturlarına inteqrasiya yolları və perspektivlərini araşdırmaq, vətəndaş cəmiyyəti institutunun daha da dinamik inkişafı məqsədilə müzakirələr aparmaq, BAMF-ın regionlarda gördüyü işlər, həyata keçirdiyi layihələrlə tanışlıqdır. BAMF 2007-ci ildən ECOSOC-un məşvərətçi statuslu üzvüdür. Biz ECOSOC-un müxtəlif ölkələrdə keçirilən toplantılarında daim iştirak edirik. Sonuncu dəfə ECOSOC-un Cenevrədə keçirilən Yüksək Səviyyəli Toplantısında iştirak etdim. Biz Andrey Abramovla BAMF-ın strateji inkişaf platformasının hazırlanmasını müzakirə edəcəyik. Andrey Abramov Beynəlxalq Avrasiya Mətbuat Fondunda və Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında olmuşdur. A.Abramov Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında qurumun sədri, Milli Məclisin deputatu Azay Quliyevlə və 20-dən artıq QHT rəhbərləri ilə görüşmüş, ölkəmizdə QHT-lərin inkişafına dövlət dəstəyindən məmnun qaldığını bildirmişdir.
A.Abramov dəvətə görə BAMF-ın sədri U.Rəhimoğluna təşəkkür etmiş, Azərbaycan QHT-lərinin ECOSOC ilə əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
QHT rəhbərləri çıxış edərək, bu nüfuzlu BMT strukturu ilə əməkdaşlıq haqqında fikirlərini bildirmişlər.
Görüşdə BMT-nin Azərbaycandakı təmsilçiliyinin yerli QHT-lərlə əlaqələrinin gücləndirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə icma təmaslarının artırılması, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin qarşılanması, BMT strukturları vasitəsilə başqa ölkələrin iş təcrübəsinin öyrənilməsi və başqa məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
A.Abramov və U.Rəhimoğlu Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, BMT-nin ölkəmizdəki nümayəndəliyinin ictimai informasiya departamentinin rəhbəri Envera Selimoviç ilə də görüşmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında