Naxçıvan Muxtar Respublikası Ali Məclisində orden, medal və fəxri adların təqdimatı olmuşdur

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninin, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Tərəqqi" medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının təqdimatı olmuşdur. 
Ali Məclis sədri Vasif Talıbov təltif olunanları təbrik edərək demişdir: Ölkəmizdə bütün sahələr üzrə qəbul edilən dövlət proqramları bu gün uğurla icra olunur. Bunun nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə inkişaf və tərəqqi vardır. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının, bütün sahələrdə əldə olunan uğurların təməlində isə insan zəhməti və fədakarlığı dayanır. Uğurlarımızın əldə olunmasında bu gün təltif edilənlərin də payı vardır. Bu təltiflər işə daha məsuliyyətlə yanaşmaq, gələcəkdə daha səmərəli fəaliyyət göstərmək üçün əlavə stimuldur.
"Bu gün müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişafı hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir", - deyən Ali Məclisin sədri bildirmişdir ki, ölkəmizin gündən-günə möhkəmlənməsi və inkişafı hər bir vətəndaşımız üçün uğurlu və təminatlı gələcək deməkdir. Bu inkişaf və tərəqqini isə xalqımıza ümummilli liderimiz Heydər Əliyev bəxş etmişdir. Ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmiz hər bir sahədə yeni-yeni nailiyyətlər qazanır. Regionda lider dövlət olan Azərbaycan Respublikası dünya birliyində özünə layiqli yer tutaraq beynəlxalq müstəvidə sanballı uğurlar əldə edir. Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Ölkəmiz digər nüfuzlu beynəlxalq təşkilatlarda da layiqincə təmsil olunur.
Ali Məclisin sədri fəxri adların təqdimat mərasiminin əlamətdar bayram - Konstitusiya Günü ərəfəsində keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın beynəlxalq arenadakı layiqli yeri və rolu həm də demokratik, xalqın mənafeyinə xidmət edən Konstitusiyamızın olması ilə bağlıdır. Konstitusiyamızın birinci maddəsində göstərilir ki, Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyidir. Əsas Qanunumuzda həm də təsbit olunur ki, Azərbaycan hüquqi, dünyəvi, demokratik respublikadır. Müstəqil Azərbaycan da bu yolla gedərək inkişaf edir, müstəqilliyini daha da möhkəmləndirir.
Ali Məclisin sədri 12 noyabr - Konstitusiya Günü münasibətilə təltif olunanları, muxtar respublika sakinlərini təbrik etmiş, uğurlar arzulamışdır.
Sonra Ali Məclisin sədri orden və medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini, 1 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün bankomat kartını təqdim etmişdir.
Təltif olunanlar çıxış edərək əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında