Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının üçüncü iclası gələn il Budapeştdə keçiriləcəkdir

Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında ticarət dövriyyəsi 80 milyon ABŞ dollarından aşağıdır. Bunun da əsas hissəsi Macarıstandan Azərbaycana ixrac olunan malların payına düşür. Bu, ticarət dövriyyəsinin 99 faizini təşkil edir. 
Bu barədə Azərbaycanda səfərdə olan Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi, hökumətlərarası komissiyanın həmsədri xanım Roza Nad məlumat vermişdir.
Bildirmişdir ki, Macarıstan nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında ticarət, mədəniyyət, təhsil, idman və s. sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə təkan verəcəkdir: "Biz Azərbaycan tərəfi ilə əməkdaşlıq edə biləcəyimiz sahələrə - kənd təsərrüfatı, sənaye, təhsil, energetika, elm, İKT sahələrinə diqqət yetirmişik. Ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq, həmçinin qarşılıqlı investisiya qoyuluşunu təşkil etmək niyyətindəyik".
Dövlət katibi vurğulamışdır ki, komissiyanın III iclası gələn il Budapeştdə keçiriləcəkdir. İclasda əməkdaşlıq sahəsində görülən işlərin nəticəsi müzakirə olunacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında