Vətəndaş müraciətlərinin yerində araşdırılması davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş müraciətlərinin yerində və onların şəxsən iştirakı ilə araşdırılması davam etdirilir. 
AzərTAc xəbər verir ki, noyabrın 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov daha bir qrup vətəndaşla görüşərək, onların müraciətlərini dinləmişdir.
Nazirlikdə keçirilən görüşdə vətəndaşların şikayət ərizələrində qaldırılan məsələlər yerində və qanunvericiliyin tələblərinə uyğun tərzdə araşdırılmış, əsassız şikayətlərlə yanaşı, haqlı narazılıq yaradan hallara yol verildiyi də müəyyən edilmişdir.
Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verən nazir vətəndaşlarda haqlı narazılıq yaradan hallara yol vermiş qurumların və əməkdaşların fəaliyyətinin ciddi şəkildə araşdırılması və aşkar edilən hər hansı hüquq pozuntusu ilə bağlı qanunauyğun tədbirlər görülməsi üçün tapşırıq vermişdir. Tapşırığın icrası ilə əlaqədar yaxın günlərdən etibarən araşdırmalara başlanacaqdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında