Ağcabədidə bəndbərkitmə işləri həyata keçirilir

2010-cu ilin aprel ayının sonundan başlayaraq respublika ərazisinə yağan aramsız yağışlar və Kür çayında suyun səviyyəsinin artması ilə bağlı Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki obalarda, xüsusilə Kürqırağı ərazidə yerləşən Mişni, Abışbəyli, Alxaslı, Qarıqışlaq və Çıraqlı obalarında gərgin vəziyyət yaranmışdır.
Kür çayının Ağcabədi rayonu ərazisindən keçən hissəsində çay köməkçi bəndləri yararaq Taxtakörpü ərazisinə doğru irəliləsə də ərazidəki əsas bənddə aparılmış qabaqlayıcı tədbirlər və rayon əhalisinin mütəşəkkil köməkliyi sayəsində yaranan ciddi təhlükə aradan qaldırılmışdır. Eyni zamanda Qarqar çayının daşması və ərazidən keçən Mil-Qarabağ kollektorunda suyun artaraq ətraf ərazilərə sızması və qrunt sularının yer səthinə qalxması nəticəsində Taxtakörpü ərazisindəki Şeylanlı, Qarakeçdi, Finqə və digər obalarda istismar müddəti başa çatmış fin evləri və çiy kərpicdən tikilmiş qamış daxalları, əkin sahələrini su basmış, acınacaqlı vəziyyət yaranmışdır.
Taxtakörpü ərazisində yaranmış ağır vəziyyətlə əlaqədar Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında operativ qərargah yaradılmışdır. Rayonun bütün idarə və müəssisələri səfərbər olunaraq Kür çayının Ağcabədi rayonu ərazisinə düşən sağ sahili boyunca bəndbərkitmə işlərinə cəlb edilmişdir. Ərazidə növbətçilik qrafiki tətbiq olunaraq, gün ərzində Kür çayının səviyyəsinin artmasına ciddi nəzarət edilmişdir. Alxaslı, Qarıqışlaq, Çıraqlı və Mişni obalarında bəndbərkitmə işlərinə 600 nəfərədək işçi qüvvəsi cəlb olunmuş, bu obalar üzrə bəndbərkitmə işlərinə 100 min kisədən çox torpaqdan istifadə edilmişdir.
Bəndbərkitmə işlərinə Laçın və Ağcabədi rayon suvarma sistemləri idarələrinin, Sabirabad Bəndatma İdarəsinin 30-dək texnika və maşını cəlb olunmuşdur.
Taxtakörpü qəsəbəsində, ərazidəki Qarakeçdi, Şeylanlı, Finqə və digər obalarda həyətlərdən qrunt sularının çəkilməsi üçün rayonun daxili imkanları hesabına alınmış 20-dək müxtəlif gücə malik nasosdan istifadə edilmişdir. Həmçinin Taxtakörpü qəsəbəsində, ərazidəki Qarakeçdi və Alxaslı obalarında qrunt sularının çəkilməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 ədəd nasos 10 nəfər canlı qüvvə cəlb olunmuşdur.
Yaranmış gərgin vəziyyətlə əlaqədar Kür çayının Ağcabədi rayonundan keçən hissəsindəki sağ sahil boyu 16 kilometr uzunluğunda bənddə Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında icraçı təşkilat "Azərservis LTD" tərəfindən müvəqqəti qabaqlayıcı tədbirlər görülmüşdür.
Lakin burada problemlər də mövcuddur. Daşqınla bağlı təhlükə tam aradan qaldırılmamışdır. Gələcəkdə yarana biləcək təhlükənin qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Kür çayının Ağcabədi rayonundan keçən 37 kilometrlik hissəsində sağ sahil boyu bəndin və Mil-Qarabağ kollektorunun ərazidən keçən 28 kilometrlik hissəsinin əsaslı təmir olunmasına, həmçinin ərazidəki palçıqdan tikilmiş qamış daxalların yeni daş evlərlə əvəz edilməsinə ciddi ehtiyac vardır. Bununla bağlı Laçın Rayon İcra Hakimiyyəti tərəfindən əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında