Azərbaycançılıq İnstitutu Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə Kiyevdə tədbir keçirmişdir

Ukrayna paytaxtının Səməd Vurğun adına kitabxanasında Azərbaycançılıq İnstitutu tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir. 
Tədbirdən əvvəl iştirakçılar böyük Azərbaycan şairinin adını daşıyan kitabxananın qarşısında onun büstü önünə çiçək dəstələri düzmüşlər.
Sonra bu mədəniyyət ocağında bayram tədbiri keçirilmişdir.
Azərbaycançılıq İnstitutunun rəhbəri, Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin, institutun direktorunun müavini, Ukrayna Milli Aviasiya Akademiyasının professoru Arif Quliyev tariximizin bu parlaq günləri barədə toplaşanlara məlumat verərək gənc həmvətənləri Azərbaycanın dövlət bayramları münasibətilə təbrik etmiş və onlara xarirə hədiyyələri təqdim etmişlər.
Kitabxananın direktoru Qalina Kisla diqqət və qayğıya görə O.Krapivinə minnətdarlığını bildirmişdir. Kiyevdəki 37 nömrəli məktəbin Azərbaycan sinfinin şagirdləri isə ona Ukrayna dilində "Azərbaycan Şərqlə Qərb arasında" adlı kitab hədiyyə etmişlər.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, diasporumuzun və Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

{nl}

Zeynal AĞAZADƏ, AzərTAc-ın xüsusi müxbiri 
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında