Vyanada Azərbaycanın 20 illik müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən danışılmışdır

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov noyabrın 8-9-da Vyanada işgüzar səfərdə olmuşdur. 
Ölkəmizin Avstriyadakı səfirliyindən bildirmişlər ki, səfər çərçivəsində nazir müavini ATƏT-in üzvü olan dövlətlərin səfirləri və təşkilatın Katibliyinin nümayəndələri ilə görüşmüş, Avstriyanın nüfuzlu KİV-lərinə müsahibə vermişdir. Bundan əlavə, A.Əzimov Vyana Diplomatik Akademiyasında "Azərbaycanın təhlükəsizlik siyasəti" mövzusunda məruzə ilə çıxış etmiş və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda (TƏF) təhlükəsizlik dialoqu çərçivəsində xüsusi qonaq qismində iştirak etmişdir.
Noyabrın 9-da isə TƏF-in sədri, Qazaxıstanın səfiri tərəfindən A.Əzimovun şərəfinə rəsmi nahar verilmişdir.
Vyanada keçirilmiş görüşlərdə nazir müavini Azərbaycanın 20 illik müstəqillik dövründə əldə etdiyi nailiyyətlər, enerji siyasəti, ATƏT-Azərbaycan əməkdaşlığının yeni istiqamətləri, təhlükəsizlik sahəsində ölkəmizin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və digər məsələlərdən danışmışdır.
A.Əzimov ATƏT-in üzvü olan dövlətlərin töhfələri sayəsində təşkilatla əməkdaşlığının gücləndirilməsini təklif etmiş və bu kontekstdə Azərbaycanın son 20 il ərzində bir çox sahələrdə qazandığı zəngin təcrübəni bölüşməyə hazır olduğunu bildirmişdir.
Gələn ildə Azərbaycanın ATƏT-də iştirakının 20-ci ilinin tamam olacağını nəzərə alaraq, bununla əlaqədar Vyanada və Azərbaycanda bir sıra tədbirlərin keçirilməsi təklif edilmişdir.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında