Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişaf perspektivlərinə dair Tbilisi konfransında Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir

Tbilisidə Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişaf perspektivlərinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Azərbaycan Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. 
C.Nəcəfov demişdir: "Noyabrın 11-də konfrans iştirakçılarına Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmiş, görülən işlərin təqdimatı keçirilmişdir. Konfransın məqsədi nəqliyyat infrastrukturlarının inkişafı sahəsində aparılan işlər, perspektiv planlarla tanışlıqdır. Konfrans beynəlxalq maliyyə təsisatlarının, Dünya Bankı və Gürcüstanın Bölgələrin İnkişafı və İnfrastruktur Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Biz buraya ölkəmizdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat vermək məqsədi ilə dəvət olunmuşuq. Bugünkü iclasda biz həmin layihələrin təqdimatını etmiş, iştirakçılara ölkəmizin nəqliyyat sektorunun inkişafı, əldə olunan uğurlar, həmçinin nəqliyyat sektorunun texniki-iqtisadi göstəriciləri, ümumilikdə ölkəmizin dinamik iqtisadi inkişafı barədə ətraflı məlumat verdik. Qeyd olundu ki, nəqliyyat sektorunun inkişafı ölkə iqtisadiyyatının prioritet sahələrindəndir.
Biz iştirakçıları mövcud layihələrlə yanaşı, perspektiv layihələrlə də tanış etdik. Bu layihələr həm Azərbaycanın daxili nəqliyyat infrastrukturunun, həm də regional əhəmiyyətli infrastrukturu, dəmir yollarını, avtomobil və su nəqliyyatını əhatə edir. Azərbaycan hökumətinin, Dünya Bankı və digər maliyyə təsisatlarının hesabına magistral yolların bərpası, yenidən qurulması layihələri barədə də məlumat verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, bütövlükdə dəmir yollarının, 2010-2014-cü illərdə inkişaf proqramı üzrə nəzərdə tutulan məqamlar barədə məlumatlarımız iştirakçıların marağına səbəb olmuşdur.
Qeyd edim ki, bütün bunlarla əlaqədar iştirakçıları maraqlandıran suallar da ətraflı cavablandırılmışdır".

{nl}

İslam ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri 
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında