"Doing Business-2012" hesabatına əsasən Azərbaycan əmlakın qeydiyyatına görə ilk onluqdadır

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 10 müxtəlif göstərici üzrə 183 ölkə arasında hazırlanan "Doing Business-2012" hesabatına əsasən Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 9-cu yerdədir. Hesabatda bildirilir ki, Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət və əmlakın dəyərinin 0,2 faizi qədər xərc sərf edilir. Bu regionda ən yaxşı göstəricilərdən biridir.
Müqayisə üçün bildirək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionunda əmlakın ötürülməsi üzrə orta göstərici 37, qonşu ölkələrdən Türkiyədə 44, Rusiyada 45, Bolqarıstanda 66, Rumıniyada 70, İranda 163, Ukraynada isə 166-dır. Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə işlər davam etdirilir.Bura daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, əmlakın texniki pasportunun, dövlət reyestrindən çıxarışın, məhdudlaşdırmaya dair dövlət reyestrindən arayışın alınması üçün qaydaların və müddətlərin sadələşdirilməsinə dair təkliflərin hazırlanması, prosesdə süni maneələrin aradan qaldırılması məsələləri aiddir.Bu sahədə qabaqcıl dünya təcrübəsindən də istifadə olunur.
2007-ci ildən etibarən Dünya Bankının dəstəyi ilə reallaşan "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" ölkədə daşınmaz əmlakın qeydiyyatı sistemində ciddi dəyişikliklərə səbəb olacaq. Gələcəkdə isə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin elektron ərizələr şəklində qəbulu sisteminin yaradılması nəzərdə tutulmuşdur.Bunun nəticəsində daşınmaz əmlakın qeydiyyatı sistemi elektron hökumətin əhəmiyyətli bir hissəsinə çevriləcəkdir. Yeri gəlmişkən, əmlakın ötürülməsi prosesi əmlak sahibinin bu əmlak üzərində mülkiyyət hüququnun təsdiq edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən yüklülüyün olmamağı haqqında arayışın alınması ilə başlayır. Hesabata əsasən bu prosedurun dəyəri 90,88 manatdır.Bu qiymətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq, satıcının mülkiyyət hüququnun yoxlanılması, daşınmaz əmlak ilə əlaqədar texniki sənədlər (pasport və ya planlar) və yüklülüyün olmamağı haqqında şəhadətnamənin alınması üçün tələb edilən dövlət rüsumu daxildir. Bu prosedur adi qaydada 5 gün davam edir. Lakin 100,88 manat məbləğində rüsum qarşılığında sürətləndirilmiş variant tətbiq olunur və 2 gün ərzində yekunlaşır.
İkinci addım alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqidir.Bir gün müddət tələb olunan bu prosedur üçün 110 manat möhür rüsumu ödənilir. Möhür rüsumu notariusa ödənilir və o, da öz növbəsində rüsum alındıqdan sonra iki bank günü ərzində onu xəzinəyə ötürməlidir. Lakin praktik olaraq möhür rüsumu kommersiya bankında ödənilə bilər. Tərəflər bankda ödəniş apardıqları halda ödəniş qəbzi təqdim edilməlidir.Notariat rəsmiləşdirilməsindən sonra alıcı əmlakı qeydiyyatdan keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir.
Əmlakın ötürülməsi ilə bağlı sonuncu mərhələ alıcının bina və torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması sayılır. Bu prosedur yekunlaşdıqdan sonra, yeni qanuni mülkiyyətçi (alıcı) Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən onun mülkiyyət hüququnu təsdiq edən çıxarışı və daşınmaz əmlak ilə əlaqədar texniki sənədləri almalıdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında