Təbii fəlakət zonasında kompleks işlər davam etdirilir

Kür çayının daşması nəticəsində baş verən təbii fəlakətlərlə bağlı Sabirabad rayonunda, eləcə də təhlükəli ərazilərdə kompleks işlər davam etdirilir.
Hazırda təhlükə yarana biləcək ərazilərdə əlaqədar orqanların əməkdaşları fasiləsiz olaraq fəaliyyət göstərir.
Kür çayında suyun səviyyəsinin artması nəticəsində Sabirabad rayonunun Çığırğan kəndi ərazisindəki bəndin bir hissəsi dağılmışdır. Dərhal ərazidə bəndbərkitmə və bərpa işlərinə başlanmışdır. Hazırda suyun axın istiqaməti tam nəzarət altındadır. Bəndin dağılması nəticəsində Çığırğan kəndi ilə yanaşı, Azadkənd, Poladtoğayı, Minbaşı, Beşdəli, Yaxadəllək kəndləri də ziyan çəkmişdir. Yollarda gediş-gəlişin açılması istiqamətində operativ tədbirlər görülür.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin mindən çox əsgəri ərazidə bəndbərkitmə işlərinə cəlb olunmuşdur. Dövlətimizin başçısının təbii fəlakətlər zonası ilə bağlı verdiyi tapşırıqlar sürətlə həyata keçirilir. İşlər 24 saat fasiləsiz davam etdirilir.
Saatlı Rayon Fövqəladə Hallar Komissiyasından bildirmişlər ki, ərazidə Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin 100-dən çox texnikası bəndbərkitmə işi aparır, əlavə bəndlər qurur.
Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovun verdiyi məlumata görə, mayın 19-da rayonun Ağacanlı kəndində bəndin uçması nəticəsində gərgin vəziyyət yaranmışdır. Lakin dərhal bənddən gələn su Hacıqabul gölünə yönəldilmişdir. Uçan bəndin bərpası işləri də yekunlaşmışdır. Ətraf kəndlərin daşqına məruz qalması təhlükəsi yoxdur.
Şirvan şəhərində də vəziyyət sabitdir. Şəhər Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, şəhərin idarə və müəssisələrinin 150-yə yaxın texnikası bəndlərin bərkidilməsi işinə səfərbər olunmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında