Mingəçevir su anbarında suyun səviyyəsinin qalxması mövsümi xarakter daşıyır

"Mingəçevir SES silsiləsi" MMC-nin direktoru Oqtay Pirverdiyev anbarda suyun səviyyəsinin qalxmasının mövsümi xarakter daşıdığını və heç bir təhlükənin olmadığını bildirmişdir. O.Pirverdiyev vurğulamışdır ki, aprelin ortalarından etibarən respublikanın dağlıq ərazilərində yağışların, yağış sularının artımına baxmayaraq, bu gün göldə müəyyən qədər qalxma müşahidə olunur. Lakin hazırda bu mövsümi xarakterə uyğun olaraq norma çərçivəsindədir. Heç bir təşvişə əsas yoxdur. Bəndin dağılmasından, daşmasından söhbət belə gedə bilməz. Bu, mümkün deyildir və stansiya öz iş fəaliyyətini normal davam etdirir. Anbara saniyədə 1190 kubmetr su daxil olur. Onun 650 kubmetri Varvara su elektrik stansiyası, 120 kubmetri isə Qarabağ və Şirvan kanalları vasitəsilə tənzimlənir. Oqtay Pirverdiyev demişdir ki, süni göldə suyun dərinliyi 82 metr 80 santimetrdir və nominal səviyyəyə çatmaq üçün hələ 20 santimetr ehtiyat vardır. Süni göldə suyun səviyyəsi ən yüksək həddə çatdığı 1959-cu, 1978-ci və 1988-ci illərdə dərinlik 83 metrdən çox olmuşdur. Mingəçevir su elektrik stansiyasının dərinlik həddi isə 85,50 metr təşkil edir. Yəni nominal səviyyədə 16,2 milyard kubmetr, maksimal həddə 17,4 milyard kubmetr tutuma malik Mingəçevir su anbarında hazırda 15,3 milyard kubmetr su vardır. Daşqınlar davam edəcəyi təqdirdə belə, bu ehtiyat ən azı 2-3 ay müddəti üçün kifayətdir. Bəndin təhlükəsizliyi üçün isə əsas göstərici süzülmə sularının miqdarıdır. Bu ölçü layihə üzrə saniyədə 600 litr nəzərdə tutulduğu halda, hazırda 118-120 litr arası dəyişir. Bu isə bəndin ehtibarlılığına və təhlükəsizliyinə daha bir zəmanətdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında