Sərhəd nəzarət məntəqələrində 80 nəfərin dövlət sərhədindən saxta sənədlə keçməsinin qarşısı alınmışdır

Cari ilin oktyabr ayı ərzində Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilmişdir. 
Ay ərzində dövlət sərhədini pozduqları üçün 87 nəfər saxlanılmışdır. Sərhəd nəzarət məntəqələrində 80 nəfərin dövlət sərhədindən saxta sənədlə keçməsinin qarşısı alınmışdır.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 153 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 3 kiloqram 490 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 202 min 306 manat olan qaçaqmal, o cümlədən 50 kiloqram barıt, 1 pnevmatik tapança, 6 pnevmatik tapança patronu, 1 pnevmatik tapança darağı, 1 süngü bıçağı, 5835 qutu siqaret, 548 ədəd mobil telefon, 185 ədəd mobil telefon aksesuarı, 2 qızıl ziynət əşyası, müxtəlif spirtli içkilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Respublikamızın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması ilə əlaqədar keçirilmiş tədbirlər nəticəsində 35 halda 111 nəfər sahilboyu rejim qaydalarını pozduğuna görə saxlanılmış, dənizdən 62398 metr tor, 32425 ədəd qarmaq, 10 qayıq, 3 ədəd qarmaq itiləyən qurğu aşkar olunaraq götürülmüşdür.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında