Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində kənd və xidmət mərkəzlərinin açılışı olmuşdur

Muxtar respublikanın ucqar yaşayış məntəqələrindən biri olan Şahbuz rayonunun Yuxarı Qışlaq kəndi rayon mərkəzindən 17 kilometr aralıda yerləşir. Son illər muxtar respublikada aparılan quruculuq işlərindən Yuxarı Qışlaq kəndinə də pay düşmüşdür. Əhalinin rahatlığına xidmət edən kompleks quruculuq işləri çərçivəsində Yuxarı Qışlaqda yeni sosial obyektlər tikilmişdir.
Noyabrın 10-da Yuxarı Qışlaq kənd və xidmət mərkəzlərinin açılışı olmuşdur.
Kənd mərkəzinin açılışında Yuxarı Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İntiqam Quliyev bildirmişdir ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kənddə sosial problemlər öz həllini tapmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Bu gün ölkəmizdə əldə olunan sosial-iqtisadi uğurlar, bütün sahələrdə qazanılan yüksək nailiyyətlər kənd yaşayış məntəqələrinin inkişafına, yeniləşməsinə səbəb olmuşdur. Müasir tələblərə cavab verən kənd yolunun istifadəyə verilməsi, aparılan quruculuq və abadlıq işləri, elektrik enerjisi, təbii qazla fasiləsiz təminat sakinlərin rahatlığı istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Yuxarı Qışlaq kəndi relyefi, təbii iqlim şəraitinə görə kənd təsərrüfatının ayrı-ayrı sahələri üçün əlverişlidir. Ona görə də sakinlərə dövlətimiz tərəfindən kreditlər verilmiş, heyvandarlığın, arıçılığın, əkinçiliyin inkişafı üçün lazımi şərait yaradılmışdır. Yaradılan şərait, verilən kreditlər isə istər əkinçilikdə, istərsə də heyvandarlıqda məhsul istehsalının artmasına səbəb olmuşdur. Bu şəraitdən səmərəli istifadə edən kənd sakinləri təsərrüfatlarını genişləndirmişlər.
V.Talıbov bildirmişdir ki, insanların bu kənddə məskunlaşması, rahat yaşayışı istiqamətində həyata keçirilən tədbirlər öz nəticələrini verir. Kəndin əhalisi ölkəmizdə həyata keçirilən ərzaq təhlükəsizliyi proqramının fəal iştirakçılarına çevrilmişlər. Yaşayış məntəqələrinin, eyni zamanda kəndlərimizin bugünkü inkişafı ulu öndər Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycanda mövcud sabitlik, insanların Vətənə, torpağa bağlılığı bütün sahələr üzrə əldə olunan böyük nailiyyətlərin əsas hərəkətverici qüvvəsidir.
Ali Məclisin sədri muxtar respublika sakinlərinin rahatlığı, yaxşı yaşayışı istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, yeni obyektlərin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini bir daha təbrik etmişdir.
Açılışı bildirən rəmzi lent kəsilmiş, binaya baxış olmuşdur.
İkimərtəbəli kənd mərkəzində icra nümayəndəliyi, rabitə evi, kitabxana, Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və 50 nəfərlik zal yerləşir.
Elə həmin gün kənddə xidmət mərkəzi də istifadəyə verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında