Təbii fəlakət zonasında avtomobil yolları bərpa olunur

Nəqliyyat Nazirliyindən bildirmişlər ki, təbii fəlakət bölgəsinə cəlb olunan maşın və mexanizmlərin sayı xeyli artırılmışdır.
Son məlumatlara görə, Hacıqabul-Qaratəpə-Bəhramtəpə yolunun Şirvan və Sabirabad şəhərləri arasında olan hissəsində asfalt-beton örtüyün bərpası işləri aparılır. Artıq yolun 22-ci kilometrliyinədək hissəsində təmir başa çatdırılmış, magistralın 22-50-ci kilometrlik sahəsində isə işlər sürətlə davam etdirilir.
Nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədi ilə Sabirabad-Padar yolunda da asfalt-beton örtüyün tikintisi işləri aparılır. Təmir işlərini Ağsudakı 12 nömrəli yol istismar idarəsi və podratçı təşkilat yerinə yetirir. İndiyədək yolun təmirində 410 ton asfalt-beton qarışığından istifadə edilmişdir.
Zərdab rayonu ərazisində, Kür çayının sol sahilində 45 kilometr uzunluğunda bəndin vurulması nazirliyin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunmuşdur. Bəndvurma işlərində 12 ədəd yükünü özüboşaldan maşından, 1 ekskavatordan, 2 qreyderdən, 3 buldozerdən, 2 ədəd yükləyicidən və 52 nəfər işçi qüvvəsindən istifadə edilmişdir.
Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar bəndbərkitmə və avtomobil yollarının təmiri işlərinə ümumilikdə 486 nəfər işçi qüvvəsi, 207 ədəd avtonəqliyyat vasitəsi və 39 ədəd yol texnikası cəlb olunmuşdur.
Saatlı-Sabirabad rayonlarının birləşdiyi ərazidəki Musalı-Novruzlu kəndlərindən keçən avtomobil yoluna isə daş-çınqıl döşənir. Bu iş Sarısu gölünə bənd vuran maşın və mexanizmlərin hərəkətini asanlaşdırmaq üçün görülür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında