"Səbət" şəbəkəsi Bakıda 12 mağazasının uğurlu açılışını elan etdi

"Səbət" Azərbaycanda mərkəzləşmiş idarə olunan ilk ərzaq mağazaları şəbəkəsidir.Bu sözləri pərakəndəçilik üzrə təcrübəli mütəxəssis, MDB və bir sıra Avropa dövlətlərində uğurlu layihələrin müəllifi, "Səbət" layihəsinin rəhbəri Andrey Sergeyeviç Kalmıkov bildirmişdir. Onun sözlərinə görə, hazırda Bakıda "Səbət" brendli 12 mağaza fəaliyyət göstərir və cari ilin sonunadək paytaxtda daha 3 marketin açılması planlaşdırılır.
İlk "Səbət" market 2011-ci il fevralın 19-da Nizami küçəsi, 96 ünvanında olmuşdur. "Strateji plana uyğun olaraq 2012-ci ilin sonunadək Bakıda "Səbət" brendli mağazaların sayı 30-a çatacaq. 20-ci mağazanın açılışında Logistik Mərkəzinin açılması da nəzərdə tutulub".
Azeri Retail MMC-nin Əməliyyat Departamentinin direktoru Anar Abbasov mağazaların alıcılara sərfəli qiymətlərlə birlikdə böyük alış-veriş zövqünü təmin edəcək şəkildə layihələşdirildiyini qeyd etmişdir:
- "Səbət" bütün vacib ərzaq və təsərrüfat mallarını, hər gün təzə ət və meyvə-tərəvəz məhsullarını təklif edir, bundan başqa, müntəzəm olaraq, yüksək tələbatlı məhsullara xüsusi güzəştlər təklif edir. Alıcılar "Səbət" marketlərdə hər gün sərfəli qiymətlə məhsullar ala bilərlər. Bizim məqsədimiz Azərbaycana müasir ticarət konsepsiyası gətirməkdir - ən sərfəli qiymətlər, yüksək keyfiyyət və seçim imkanı təklif edərək, alıcılara daha çox qənaət etməyə kömək etməkdir."
Azeri Retail MMC-nin baş direktoru Bəhruz Hüseynov:
- Hər bir mağazamız açılarkən 20-25 nəfər daimi işlə təmin olunur. Hazırda şirkətimizdə Mərkəzi Ofislə birlikdə 400 nəfərədək əməkdaş işləyir. Biz onlara müasir pərakəndəçilik texnologiyaları ilə daha yaxından tanış olmaq şansı verir, rəqabətli, perspektivli, sağlam əmək mühitli, daimi iş yeri yaradırıq. Qısa müddət ərzində biz çox işin öhdəsindən gələ bilmişik. Aydındır ki, bütün bunlar ölkədə özəl biznes üçün yaradılmış əlverişli şərait sayəsində mümkün olmuşdur. Təsadüfü deyil ki, bu ilin sentyabr ayında Moskva şəhərində keçirilən Rusiya Pərakəndə Biznesi sammitində Azeri Retail MMC İlin Pərakəndəçilik konsepsiyası nominasiyasında dünyada pərakəndəçilik üzrə məşhur brendlərin arasında fərqlənərək, finalçı olmuşdur."
"Səbət" mağazalar şəbəkəsi Azeri-Retail MMC-yə məxsusdur. Azeri Retail MMC 2010-cu ildə təsis olunmuşdur. Bu layihə Avstriyada yerləşən investisiya fondu Emsa Capitalın təşəbbüsü ilə həyata keçirilir.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında