Təbii fəlakətdən zərər çəkmiş rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsi başa çatmışdır

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Kür və Araz çaylarının daşmasından zərər çəkmiş rayonlar - Sabirabad, Şirvan, Zərdab, İmişli, Neftçala, Saatlı, Salyan, Kürdəmir, Hacıqabul üzrə may ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsini təmin etmişdir.
Baş vermiş təbii fəlakət nəticəsində yaşayış yerini itirmiş ailələrə pensiyaların çatdırılması xüsusi nəzarətə götürülmüşdür. Belə ki, DSMF-nin qeyd olunan rayonlar üzrə şöbələri bu istiqamətdə müvafiq işləri həyata keçirmək və prosesi sürətləndirmək üçün tədbirlərin icrasına başlamışlar.
Öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş insanlara əmək pensiyalarının təcili çatdırılması üçün pos-terminallar və digər vasitələrdən istifadə olunur. Eləcə də pensiyaçılarla daimi təmasda olmaq, onlara mənəvi-psixolojı yardım etmək, müraciətlərinə operativ baxılması məqsədi ilə yerlərdə xüsusi işçi qruplar təşkil olunmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında