Hakimliyə namizədlər noyabrın 20-də yazılı imtahan verəcəklər

Hakimlərin Seçki Komitəsindən bildirmişlər ki, vakant olan hakim vəzifələrinə namizədlərlə test imtahanının ikinci mərhələsi - yazılı imtahan noyabrın 20-də saat 11:00-da Bakı İdman Sarayında (Neftçilər prospekti, 26a) keçiriləcəkdir.
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini noyabrın 17-dən iş vaxtı ərzində Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdırlar.
Buraxılış qaydalarının və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün hakimliyə namizədlər imtahan verilən binanın qarşısına imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.
İmtahana gələrkən hakimliyə namizədlər imtahana buraxılış və şəxsiyyət vəsiqələrini mütləq gətirməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.
Əlavə məlumatı 510-22-97; 510-21-62 nömrəli telefonlarla əldə etmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında