Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu noyabrın 14-də başa çatacaqdır

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından AzərTAc-a bildirmişlər ki, ədliyyə orqanlarına yeni ayrılan və mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün yüksək peşə hazırlığına malik gənc kadrlara olan ehtiyacı nəzərə alaraq, eyni zamanda, ali təhsil müəssisələrini bu il bitirmiş məzunların müsabiqədə iştirakına şərait yaratmaq məqsədi ilə keçirilən növbəti açıq müsabiqə üzrə avqust ayının 22-də başlanmış sənəd qəbulu noyabr ayının 14-də başa çatacaqdır.
Müsabiqənin test imtahanında iştirak etmək üçün yalnız müvafiq formada ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyindən (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) və nazirliyin internet səhifəsindən (www.justice.gov.az)) əldə etmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
Məlumat üçün bildirilir ki, nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində vakant vəzifələrdə işləmək üçün artıq 300 nəfərdən çox ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşı müraciət etmişdir.
Müsabiqənin test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə noyabrın 19-da saat 10.00-da şəffaflığın təmin edilməsi məqsədi ilə bütün namizədlər üçün vahid auditoriyada - Bakı İdman Sarayında, Bakı şəhəri, Neftçilər prospekti, 26 a ünvanında keçiriləcəkdir.
Namizədlərin nəzərinə çatdırılır ki, test imtahanının keçirilməsi qaydası və imtahan suallarının hazırlanmasında istifadə olunmuş normativ hüquqi aktlara dair xülasə ilə bağlı "Yaddaş kitabçası" hazırkı müsabiqə elan edilərkən nazirliyin internet səhifəsində yerləşdirilmiş və müraciət edənlərə təqdim olunur.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni noyabrın 17-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.
Prosedur qaydalarının təmin olunması məqsədi ilə namizədlər imtahanın başlanmasına azı bir saat qalmış gəlməli və imtahana buraxılmaq üçün "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Nazirliyin internet səhifəsindən, eləcə də 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə digər məlumatlar almaq olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında