Ulu öndər Heydər Əliyevin həyatından bəhs edən "Xilaskar" tamaşası Türkiyədə nümayiş etdiriləcəkdir

Ulu öndər Heydər Əliyevin həyatından bəhs edən "Xilaskar" tamaşası türkiyəli teatrsevərlərə təqdim olunacaqdır. Bununla bağlı məlumatı Manisa valisi Xəlil İbrahim Daşöz ilə görüşdə Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Seyfəddin Ayakyay vermişdir.
S.Ayakyay bildirmişdir ki, görüşdə valiyə İrəvan Dövlət Azərbaycan Teatrının noyabrın 14-dən 22-dək Türkiyəyə qastrol səfəri haqqında məlumat verilmişdir. Dərnəyin sədri bildirmişdir ki, 129 illik zəngin tarixi olan bu sənət məbədinin Türkiyə, o cümlədən Manisa tamaşaçısına təqdim edəcəyi tamaşalar da qardaş xalqlarımızın ortaq tarixi ilə bağlıdır. Belə ki, ulu öndər Heydər Əliyevin həyatından bəhs edən "Xilaskar" və Çanaqqala döyüşlərində azərbaycanlıların qəhrəmanlığına həsr edilmiş türk yazıçısı Zehni Papaqçının əsəri əsasında hazırlanan "Soyqırımı abidəsinin dastanı" tamaşaları teatrsevərlərə təqdim olunacaqdır.
Türkiyənin İstanbul, Ankara, Qars, İğdır şəhərlərində də çıxış edəcək teatr kollektivi zəlzələdən zərər çəkmiş Van şəhərində də teatrsevərlərlə görüşəcəkdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri,
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında