Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayrağı Meydanında olmuşdur

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və şəxsi heyət noyabrın 8-də Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayrağı Meydanında olmuşdur. 
Dövlət Bayrağı Muzeyi ilə tanışlıq zamanı şəxsi heyətə məlumat verilmişdir ki, 2007-ci il noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalamışdır. Elə həmin ilin dekabrın 30-da paytaxtın Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur. 2010-cu il sentyabrın 1-də isə Prezident İlham Əliyevin iştirakı ilə meydanının təntənəli açılış mərasimi olmuşdur.
Bildirilmişdir ki, meydan üçün seçilən yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Meydanın ümumi ərazisi 60, yuxarı hissəsinin sahəsi isə 3 hektardır. İnşa olunan dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydanda qurulan Azərbaycanın gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınan bürüncdən hazırlanmışdır.
Qeyd olunmuşdur ki, hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ötən il Dövlət Bayrağı Günündə Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Muzeyinin açılışı olmuşdur. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olan dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər nümayiş olunur. Burada, həmçinin Azərbaycanın müxtəlif illərdə qəbul olunan konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları da vardır. Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı nümayiş olunur.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra qonaqlara Dövlət Bayrağı Meydanının ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında