Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildirmişlər ki, Daxili İşlər Nazirliyində gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi zamanı ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin olunması ilə bağlı naziryanı əməliyyat müşavirəsi keçirilmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirmişdir ki, mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sədrliyi ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər planı hazırlanmış, onun icrasına məsul qurumlar və konkret icra müddətləri müəyyən edilmişdir. Bu beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür.
Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev nazirlikdə planlaşdırılan hazırlıq işləri ilə bağlı məlumat vermişdir.
Müşavirənin sonunda nazir R.Usubov həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışmış, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri qarşısında konkret vəzifələr qoymuş, müvafiq tapşırıqlar vermişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında