Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Koreya Respublikasının Kimçonq Universitetinin rektoru xanım Sunq Ac Kanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Ali Məclisin sədri qonaqlara məlumat vermişdir ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan təhsilin inkişafına Naxçıvan Muxtar Respublikasında böyük diqqət və qayğı göstərilir. Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin maddi-texniki bazası müntəzəm əsasda möhkəmləndirilir, onların dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Naxçıvan Dövlət Universiteti ilə Koreya Respublikasının Kimçonq Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında 2010-cu ilin aprel ayında imzalanan müqavilə bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Ötən müddət ərzində hər iki ali təhsil ocağı arasında qurulan səmərəli əməkdaşlıq, qarşılıqlı səfərlər mövcud əlaqələrin daha da genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Koreya Respublikasının Kimçonq Universitetinin rektoru xanım Sunq Ac Kanq Azərbaycanda, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olduğunu bildirmiş, Naxçıvanın qədim tarixinin, mədəniyyətinin, müasir şəhərsalma ənənələrinin onda xoş təəssürat oyatdığını qeyd etmişdir. Qonaq demişdir ki, Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı burada təhsilin də yüksəlişini şərtləndirmişdir. Bunun nəticəsidir ki, hazırda qabaqcıl ali təhsil müəssisələrindən olan Naxçıvan Dövlət Universitetində Koreyadan olan tələbələr də təhsil alırlar. Bu, hər iki ölkə arasında olan dostluq münasibətlərinin bəhrələridir. Xanım Sunq Ac Kanq bundan sonra da universitetlərarası əlaqələrin daha da genişlənməsi üçün səyini əsirgəməyəcəyini vurğulamış, səmimi qəbula görə minnətdarlığını bildirmişdir.
Qonaqlar dörd günlük səfərləri çərçivəsində muxtar respublikanın tarixi və görməli yerləri ilə tanış olacaq, Naxçıvan Dövlət Universitetində Koreya Respublikası Mərkəzinin açılışında iştirak edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında