Heydər Əliyev Fondunun RF nümayəndəliyi Rusiya Müftiləri Şurası ilə birlikdə Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirmişdir

Heydər Əliyev Fondunun RF nümayəndəliyi Rusiya Müftiləri Şurası (RMŞ) ilə birlikdə müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirmişdir. 
Artıq xoş ənənə halını almış xeyriyyə aksiyasını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tapşırığı ilə Fondun əməkdaşları və RMŞ-nin sosial-xeyriyyə və dini-maarifləndirmə departamentinin əməkdaşları həyata keçirmişlər. Bu il onlar qurban ətini 43 nömrəli ixtisaslaşdırılmış uşaq evinə və 6 nömrəli uşaq evinə çatdırmışlar.
Uşaq evlərinin rəhbərliyi fiziki imkanları məhdud olan, habelə kimsəsiz uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və RMŞ-nin nümayəndələrinə minnətdarlığını bildirmişdir. Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyi uşaq evlərinə daim diqqət yetirir, zəruri yardım göstərir. Humanizm və şəfqət aktı olan bu xeyriyyə tədbiri yüksək mənəvi dəyərlərə gözəl nümunədir, Azərbaycan və Rusiya xalqları arasında mənəvi əlaqələri daha da möhkəmləndirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında