Saatlı və Biləsuvar rayonlarının pambıqçıları qabaqcıllığı əldən vermirlər

Ötən həftə havanın əsasən yağmurlu keçməsi pambıq yığımını azaltmışdır. Son yeddi gündə pambıqçılıqla məşğul olan 23 rayondan 19-da tarlalardan 2432 ton məhsul yığılmışdır. Ağdam, Ağsu, Cəlilabad və Göyçay rayonlarında isə məhsul yığımı aparılmamışdır. 
Həftə ərzində ən çox "ağ qızıl" Biləsuvar (401 ton), Saatlı (335 ton), Tərtər (311 ton) rayonlarında tədarük olunmuşdur. Saatlı və Biləsuvar rayonlarının pambıqçıları məhsul yığımı başlanandan oktyabr ayının 31-dək müvafiq surətdə 8590 və 7778 ton "ağ qızıl" dərərək qabaqcıllığı əldə möhkəm saxlamışlar.
Dövlət Statistika Komitəsinin oktyabr ayının son həftəsində yığımın gedişinə dair hazırladığı məlumata görə, mövsümün əvvəlindən indiyədək respublikada 41904 ton pambıq tədarük olunmuşdur. Bu, keçən ilin müvafiq dövrünə kimi ölkədə yığılan "ağ qızıl"ın ümumi miqdarından 14691 ton çoxdur. Keçən ildə də Saatlı və Biləsuvar rayonlarının fermerləri, fərdi torpaq sahibkarları pambıqçıların yığım cədvəlinə inamla başçılıq edirdilər. Görünür ki, rayonlarda pambıqçılığın inkişaf etdirilməsinə ciddi fikir verilir. Təəssüf ki, eyni sözləri onların qonşuluğundakı rayonlar haqqında demək olmaz.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında