Zaqatala Sərhəd Dəstəsinin zastavalarında yeni yaşayış binaları istifadəyə verilmişdir

Noyabrın 4-də Zaqatala Sərhəd Dəstəsinin Qax rayonunun Xırsa, Qarabulaq, Lələli və Balakən rayonunun Salban kəndlərində yerləşən zastavalarında zabit və gizirlər üçün inşa edilmiş yeni yaşayış binalarının açılışı olmuşdur.
"Xırsa" sərhəd zastavasında keçirilən mərasimdə Zaqatala Sərhəd Dəstəsinin komandiri, polkovnik-leytenant Hicran Hüseynov çıxış edərək şimal-qərb sərhədlərimizin etibarlı mühafizəsi sahəsində görülən işlərdən danışmış, bu gün orduya dövlət qayğısının ən yüksək səviyyədə olduğunu vurğulamışdır.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin idarə rəisi, general-mayor Rəşad Sadıqov çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən, Sərhəd Qoşunlarının formalaşması və inkişafına göstərilən yüksək dövlət qayğısından danışmışdır. O, Dövlət Sərhəd Xidmətinin tabeliyində olan bütün hərbi hissələrin, sərhəd zastavalarının yüksək döyüş hazırlıqlı peşəkar zabit korpusuna malik olduğunu, ən müasir texnika ilə təchiz olunduğunu, zabit və gizirlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov çıxış edərək sərhədçilərə dövlət sərhədlərimizin etibarlı mühafizəsi işində uğurlar arzulamışdır. Rayon icra hakimiyyəti adından zastavaya televizor hədiyyə edilmişdir.
Sonra zabit və gizirlərə yeni mənzillərin orderləri təqdim olunmuşdur.
Rəmzi lent kəsildikdən sonra yeni binaya baxış olmuşdur. İki mərtəbəli, 8 mənzilli binada hər cür şərait yaradılmış, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmış, mənzillərin hər biri mebel və mətbəx cihazları ilə təchiz olunmuşdur.
Həmin gün "Qarabulaq", "Lələli" və "Salban" sərhəd zastavalarında da hər biri 8 mənzildən ibarət daha 3 yaşayış binası zabit və gizirlərin istifadəsinə verilmişdir.
Mərasimlərdə çıxış edən sərhədçilər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, doğma Vətənimizin sərhədlərini bundan sonra da göz bəbəyi kimi qoruyacaqlarına söz vermişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında