Argentina Azərbaycanla informasiya texnologiyaları sahəsində əlaqələrin möhkəmləndirilməsində maraqlıdır

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə səfərdə olan Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirlikdən verilən məlumatda bildirilir ki, nazir ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, rabitə və informasiya texnologiyaları sektorunda görülən işlər, xüsusilə də nanotexnologiyaların tətbiqi, kosmik sənayenin inkişafı, azad texnoloji zonaların yaradılması, "Elektron hökumət" proqramının reallaşdırılması və region üçün əhəmiyyət daşıyan "Transavrasiya Super İnformasiya Magistralı" layihəsinin icrası istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat vermişdir.
L.Baranao ölkələrimiz arasında inkişaf edən münasibətlər fonunda informasiya texnologiyaları sahəsində də əlaqələrin möhkəmlənəcəyinə əminliyini bildirmişdir.
Qonaq ölkəsində informasiya texnologiyaları və innovativ inkişaf sahəsində rəhbərlik etdiyi nazirliyin həyata keçirdiyi işlər barədə geniş məlumat vermiş, Argentinada bio və nanotexnoloji innovasiya sahələrinin inkişaf etdirildiyini, bu sahədə özəl sektorun stimullaşdırılması ilə əlaqədar texnoloji fondun mövcud olduğunu bildirmişdir. L.Baranao ölkəsində elm tutumlu məhsulların istehsalına xüsusi önəm verildiyini də qeyd etmişdir.
Argentinalı nazir hər iki ölkə arasında texnologiyalar və innovasiyalar sahəsində anlaşma memorandumu və hökumətlərarası sazişin imzalanması təşəbbüsü ilə çıxış etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında