Ölkəmizdə ilk dəfə "Bayraq festivalı" keçirilmişdir

Noyabrın 4-də Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayraq festivalı" keçirilmişdir. 
Festival Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmışdır. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə təşkil olunan festival çərçivəsində tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.
Eyni zamanda, gənclər arasında "Dövlət bayrağı" mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. İlk üç yeri tutmuş gənclərə xatirə hədiyyələri təqdim olunmuşdur.
Festivalda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tələbələr, gənclər təşkilatlarının üzvləri, hərbi xidmətdə olan əsgərlər, məktəblilər və internat evlərindən olan uşaqlar iştirak etmişlər.
Sonda Dənizkənarı Milli Parkda səmaya Azərbaycan bayrağını əks etdirən hava şarları buraxılmışdır.
Festival Azərbaycan Prezidenti İlham Əliyevin "9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 2009-cu il 17 noyabr tarixli Sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədilə həyata keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında