Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrinin I toplantısında Bakı Bəyannaməsi qəbul edilmişdir

Noyabrın 4-də Bakıda keçirilən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Milli Komitələrinin sədrlərinin "Milli Komitələrin inkişaf platforması" adlı I toplantısı başa çatmışdır.
BMİ-nin Azərbaycan Milli Komitəsindən bildirmişlər ki, BMİ-in tarixində ilk dəfə keçirilən bu toplantıda qurumun direktoru xanım Alison Makkanze, katibliyinin nümayəndəsi Kristin Klint, Milli Komitələrin rəhbərləri Karl-Eugene Eberle (Almaniya), Pavol Mudri (Slaveniya), Ravi Naraşimhan (Hindistan), So-Vihan Hyon (Şimali Koreya), Rahim Adedoyin (Nigeriya) Ferai Tinc (Türkiyə) və Latviyadan yeni üzvlüyə qəbul edilən Modris Audinş iştirak etmişlər.
BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun sədrliyi ilə keçirilmiş toplantıda Milli Komitə rəhbərləri BMİ-nin Regional Əməkdaşlıq strategiyasının inkişaf etdirilməsi məsələsi müzakirə edilmişdir. Müzakirələr nəticəsində qərara alınmışdır ki, gələcəkdə Bakıda BMİ-nin Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələri əhatə edəcək Regional Təşəbbüs Mərkəzi yaradılsın.
Tədbirin sonunda Bakı Bəyannaməsi qəbul edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında