Kiyevdə Avropa Şurası yerli və regional hakimiyyətlərə məsul nazirlərin konfransı keçirilmişdir

Noyabrın 3-4-də Ukraynanın Kiyev şəhərində Avropa Şurası yerli və regional hakimiyyətlərə məsul nazirləri konfransının 17-ci sessiyası keçirilmişdir. 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iki ildən bir Avropa Şurasına üzv dövlətlərin birində təşkil olunan sessiyada ölkəmizi ədliyyə nazirinin müavini Vilayət Zahirovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Tədbirdə Ukraynanın Baş naziri Nikolay Azarov, Avropa Şurası Parlament Assambleyasının sədri Mövlüd Çavuşoğlu, Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Keiz Vizmor və digər yüksək səviyyəli şəxslər çıxış etmişlər.
Sessiyada yerli səviyyədə insan hüquqlarının təmin olunması, iqtisadi və maliyyə böhranı zamanı yerli özünüidarəetmə, transsərhəd əməkdaşlıq və digər aktual məsələlər müzakirə olunmuş, təcrübə mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri tədbirdə çıxış edərək, ölkəmizdə aparılan hərtərəfli islahatlar barədə məlumat vermiş, dünyanı iqtisadi böhran bürüdüyü illərdə də dövlətimizin intensiv sosial-iqtisadi inkişafının davam etdiyini vurğulamışdır. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün transsərhəd əməkdaşlığın həyata keçirilməsində əsas maneə olduğu bildirilmişdir.
Tədbirin sonunda Avropa Şurasının yerli və regional demokratiya sahəsində fəaliyyətinin genişləndirilməsini özündə əks etdirən Kiyev Bəyannaməsi qəbul edilmişdir.
Qeyd olunmalıdır ki, Bəyannamənin layihəsinə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yaradılmış qanunazidd rejimin təşviqinə və sərhədyanı əlaqələrin yaradılmasına dair təkliflər irəli sürülmüş, lakin Azərbaycan tərəfinin qəti tədbirləri nəticəsində Ermənistanın bu təxribatçı hərəkətlərinin qarşısı alınmışdır.
Səfər çərçivəsində Avropa Şurası və digər beynəlxalq təşkilatların rəsmi şəxsləri, habelə Ukrayna, Avstriya, Böyük Britaniya, Litva, Estoniya və s. ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilmiş, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında