"Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkünü olan ölkəyə çevrilib"

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin attaşesi Fərid Cəfərov Nyu-Yorkda BMT Baş Assembleyasının Üçüncü Komitəsinin 40-cı iclasında çıxış etmişdir. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, iclasda qaçqın və məcburi köçkünlərin problemləri, eləcə də digər humanitar məsələlər müzakirə olunmuşdur. 
F. Cəfərov bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Azərbaycan ərazilərinin beşdəbirinin işğalı və ölkədə hər doqquz nəfərdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə nəticələnib, Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkəyə çevrilib: "Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin evlə təmin olunması üçün əlindən gələni edir, amma həlli uzanan münaqişənin doğurduğu problemlər hələ də qalır. Beynəlxalq birlik isə buna kifayət qədər diqqət ayırmır".
Diplomat əlavə edib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan Azərbaycan vətəndaşlarının hüquqları kobudcasına pozulub və onlar öz yurd-yuvalarından didərgin salınıblar: "Belə ki, Ermənistanın ilk addımı işğal etdiyi Azərbaycan ərazilərindən çıxmaq, yurd-yuvasından qovulmuş azərbaycanlıların hüquqlarını tanımaq və bərpa etmək olmalıdır".
Cavab bəyanatında Ermənistanın nümayəndələri Azərbaycana qarşı inandırıcı arqumentlər gətirə bilməyib, yalnız Bakının neft imkanlarını qeyd etməklə kifayətləniblər.
Ermənistan tərəfə cavab verən Azərbaycan nümayəndəsi bildirib ki, hökumət qaçqın və məcburi köçkünlərin rifahını yaxşılaşdırmaq üçün neft gəlirlərindən istifadə edir, Ermənistan isə öz nifrət siyasətindən əl çəkməli və münasibətləri bərpa etməyə çalışmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında