Azərbaycanın dağ yəhudiləri rusiyalı jurnalistlərin təhqiramiz sözlərindən hiddətləndiklərini bildirirlər

Keçən həftə Rusiyanın "Vesti FM" radiostansiyasının aparıcıları Vladimir Solovyov və Anna Şafran Azərbaycan xalqının ünvanına bir sıra təhqiramiz sözlər söyləmiş və başqa xalqların tarixini, həmçinin tarixi faktları naməlum məqsədlər üçün interpretasiya etmişlər. Bununla əlaqədar Azərbaycan Dağ Yəhudiləri Dini İcması müraciətlə çıxış etmişdir. 
Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının idarə heyətinin sədri Semyon İxiilovun AzərTAc-a daxil olmuş müraciətində deyilir: "Rusiyalı jurnalistlərin ermənipərəst hücumlarını şərh edərək qeyd etmək istəyirəm ki, "Holokost"u Ermənistan-Azərbaycan münaqişəsi ilə müqayisə etmək yolverilməzdir".
Müraciətdə deyilir: "Holokost faşistlərin yəhudi xalqına etnik nifrətinin nəticəsidir. Azərbaycanda antisemitizm təzahürləri heç vaxt olmamışdır və indi də yoxdur. Azərbaycan sivil və demokratik ölkədir. Azərbaycanlılar bu ölkəyə dinc və xoş niyyətlərlə gələn hər kəsə hörmətlə yanaşan səmimi və xeyirxah, yüksək dərəcədə tolerant insanlardır. Azərbaycanda yaşayan yəhudilər azərbaycanlıların və Azərbaycan dövlətinin ünvanına yolverilməz fikirlər və isterik replikalardan hədsiz hiddətlənmişlər".
Semyon İxiilov haqlı olaraq soruşur: "Azərbaycanlıları və bizim dövlətimizi təhqir etməyə kim haqq verir? Bəlkə ona bu haqqı verən bazar iqtisadiyyatı dövrüdür? Bəlkə V.Solovyovun populyarlığı, şan-şöhrəti və ya erməni millətinə gizlətmədiyi sevgisidir?".
Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının idarə heyətinin sədri bəyan edir: "Yəni doğrudanmı V.Solovyov Ermənistanın təcavüzkar və işğalçı olması, əzəli Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və 1 milyondan çox insanın öz ölkəsində qaçqın vəziyyətinə düşməsi barədə həqiqəti hələ də bilmir? İnanmıram! Bu barədə bütün dünya bilir, V.Solovyov isə təcavüzkarları, işğalçıları, Azərbaycanın 100 minlərlə günahsız, dinc vətəndaşının - qocaların, qadınların və uşaqların qatillərini müdafiə edir. Biz, Azərbaycan yəhudiləri bizim azərbaycanlı qardaşlarımızın ünvanına təhqiramiz ittihamları böhtan hesab edirik. Mən bu cür başabəla jurnalistlər ucbatından özümü təqsirkar hiss edirəm".
S.İxiilov bildirmişdir ki, V.Solovyov böhtan və iftiralara görə Azərbaycan xalqından və dövlətindən üzr istəməlidir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında