Kənd yerlərində də pensiyaçılar plastik kartlarla təmin edilmişdir

Cari ilin 9 ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) ucqar kənd yerlərində pensiyaların plastik kartlarla ödənişinin təşkil edilməsi tədbirlərini davam etdirmişdir. Xeyli vaxtdır ki, kəndlərdə yaşayan vətəndaşların öz xahişləri əsasında, yəni pensiyalarını istənilən bankomatdan alma şərtilə plastik kartlarla ödənişinin təmin olunması istiqamətində müvafiq işlər görülür və buna uyğun olaraq müəyyən addımlar atılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, 2011-ci il oktyabrın 1-i tarixinə olan statistikaya əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ucqar kəndlərdə pensiyalarını plastik kartla alanların sayı 2873 nəfər artmışdır.
Artıq şəhərlərdə bu problem ötən ildən aradan qaldırılmışdır. Belə ki, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Bu iş ardıcıl olaraq aparıldığından hazırda kəndlərdə yaşayan əmək pensiyaçılarının da 98,9 faizi pensiyasını plastik kartlarla alır. Ümumilikdə, Azərbaycanda pensiyaçıların plastik kartlarla təminatı 99,4 faiz təşkil edir. Qeyd olunan göstərici üzrə ölkəmiz bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
DSMF pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları tam əhatə etməsini, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur və Dövlət Sosial Müdafiə Fondunun rəhərliyi bütün tədbirləri həmin proqram çərçivəsində həyata keçirir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında