9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

Noyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı və Qeyri-Hökumət Təşkilatları (QHT) Koalisiyası 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirmişlər.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Vüqar Qədirov Prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyəti haqqında danışmışdır. Bu bayramın təsis edilməsi Azərbaycan Prezidentinin dövlət atributlarına verdiyi dəyərin bariz nümunəsidir.
Azərbaycanın dövlət bayrağının tarixindən danışan V.Qədirov bildirmişdir ki, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edilmişdir. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin eyni dövrə təsadüf etməsi də bu uzaqgörən siyasətin məntiqi nəticəsidir.
Milli Məclisin deputatları Flora Qasımova, Fuad Muradov və digərləri çıxış edərək bildirmişlər ki, Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd edilməsi müstəqilliyimizin gələcəkdə daha da möhkəmlənməsinə və qüdrətlənməsinə xidmət edəcəkdir. Natiqlər dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulamış, gənclərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulamışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında