Polşadakı soydaşlarımız vaxtilə bu ölkədə yaşamış general Vəli bəy Yadigarın xatirəsini anmışlar

Polşada yaşayan soydaşlarımızın "Birlik" Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ordusunun və Polşa Silahlı Qüvvələrinin zabiti olmuş general Vəli bəy Yadigarın xatirəsi anılmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, əvvəlcə Varşavanın müsəlman qəbiristanlığında dəfn edilmiş Vəli bəy Yadigarın xatirəsi ehtiramla yad olunmuş, məzarı önünə əklillər qoyulmuşdur.
Mərasimdə iştirak edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov xalqımızın adını hər zaman uca tutan Vəli bəy Yadigarın fəaliyyətindən danışmış, onun xatirəsinin yad olunması baxımından belə təşəbbüslərin əhəmiyyətini vurğulamışdır.
"Birlik" Cəmiyyətinin sədri Nəbi İbadov Vəli bəy Yadigarın həyatından, onun Azərbaycan ordusunun tərkibində Şəkidə bolşeviklərə qarşı mübarizəsindən danışmışdır. Bildirmişdir ki, AXC-nin süqutundan sonra Polşada yaşayan həmyerlimiz bu ölkənin ordusunda xidmətə başlamış, İkinci Dünya müharibəsində hitlerçilərə qarşı mübarizədə şücaət göstərmişdir. Müharibədən sonra Argentinaya mühacirət edən Vəli bəy Yadigar 1971-ci ildə Buenos-Ayresdə dünyasını dəyişmiş, 1990-cı ildə nəşi Polşaya gətirilərək Varşavada dəfn olunmuşdur.
Polşa ordusunun baş komandanı olmuş general K.Sosnkovskinin Vəli bəy Yadigar haqqında söylədiyi "Vəli bəy Yadigar öz Vətənini heç zaman unutmayaraq həm də Polşa üçün ən sədaqətli oğul olmuşdur" sözlərini xatırladan N.İbadov bu görkəmli şəxsiyyətin polyaklar və bu ölkədə yaşayan azərbaycanlılar üçün sədaqət rəmzinə çevrildiyini vurğulamışdır.
Mərasimdə iştirak edən yerli ictimaiyyətin nümayəndələri Vəli bəy Yadigarın xidmətlərini xatırladaraq belə bir qəhrəman oğul yetişdirdiyi üçün Azərbaycan xalqına minnətdarlıqlarını bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında